Yəmənin silahlı qüvvələri bildirib ki, İran rejiminin dəstəklədiyi husilərin Təizz vilayətinin cənubundakı kəndlərə raket hücumlarına cavab olaraq, bu qrupun bir neçə cəbhədəki mövqeləri, hərbi texnikası və raket atma platformaları hava zərbələrinin hədəfinə çevrilib.
Əl-Arabiyyəyə istinadən bildirilir ki, zərbələrdən biri Təizz şəhərinin qərbindəki ər-Rəbiyi cəbhəsində yerləşən Cəbəl əl-Muniməki husi mövqelərini hədəfə alıb, digər bir hücumda isə bu qrupa məxsus bir tank məhv edilib.
Yəmənin silahlı qüvvələri həmçinin Təizzin şimalındakı əs-Sitin bölgəsində husilərin bir raket atma platformasının hədəfə alındığını da xəbər verib. Sahədəki məlumatlara görə, bu əməliyyat husilərin Təizzin cənubundakı əş-Şəmayiteyn şəhəristanının kəndlərinə raket hücumlarından sonra həyata keçirilib.