Son günlər Suriya türkmənlərinin məclisi bu ölkənin məktəblərində türk dilinin tədrisinin dayandırılmasına kəskin reaksiya verib. Bu xəbərin yayılmasından sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın rəsmiləri ilə danışıqlar aparıb.
Fidan bildirib ki, türk dilinin tədrisi dayandırılmayacaq və bu dil Suriya məktəblərinin tədris proqramına seçmə fənn kimi daxil ediləcək.