ABŞ ordusu Hörmüz boğazından keçən neft tankerlərinin mühafizə üsulunu dəyişərək hava müdafiə örtüyünü günün müəyyən vaxt aralıqları ilə məhdudlaşdırıb.
Financial Times qəzetinin yazdığına görə, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) bu dəyişikliyi təsdiqləyib. Plana əsasən, neft tankerləri daha sıx hava müdafiəsi əldə etmək üçün əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda, o cümlədən səhərin bəzi saatlarında, örtük altında olan marşrutdan keçməyə təşviq edilir.
Bu qərar İran rejiminin gəmilərə qarşı gecə hücumlarının artması fonunda və gecə-gündüz hava müdafiə örtüyünün təmin edilməsinin ABŞ ordusu üçün ağır xərc və əməliyyat yükü yaratdığı şəraitdə qəbul edilib.