Atom enerjili "USS Abraham Linkoln" aviadaşıyıcısı 286 gün fasiləsiz dənizdə qaldıqdan və Yaxın Şərqdə aylarla davam edən əməliyyatlardan sonra çərşənbə günü Tailandın Laem Chabang limanına lövbər salıb. Gəminin təxminən beş min dənizçi və dəniz piyadası bir neçə günlük istirahət üçün Pattayaya yola düşür.
Reuters agentliyinin və ABŞ Hərbi-Dəniz Qüvvələrinin məlumatına görə, bu, gəminin 2025-ci il noyabr ayında başlanan missiyasından bəri ilk tam dayanacağıdır. "Abraham Linkoln" son aylar ərzində ABŞ-ın İranla müharibəsi çərçivəsindəki hərbi əməliyyatlarda və regionda dəniz blokadasında iştirak edib.
Missiyanın uzanması əvvəllər ailələrin və bəzi hərbçilərin yaşayış şəraiti, tükənmişlik və psixi sağlamlıqla bağlı narahatlığını artırmış, özünəzərər yetirmə riski barədə də məlumatlar yayılmışdı. ABŞ Hərbi-Dəniz Qüvvələrinin rəsmiləri isə bunun əvəzində hərbçilərin təhlükəsizliyi və sağlamlığının prioritet olduğunu bildiriblər.