Binab bələdiyyəsində çalışan bir qrup şirkət işçisi hökumətin yeni qərarının icra edilməməsinə etiraz edərək, şirkət işçilərinin maaş və sığorta ödənişlərinin birbaşa öz hesablarına köçürülməsini tələb edib.
Araz Newsun İLNA-dan nəql etdiyinə görə, işçilər bildiriblər ki, "şirkət işçilərinin ödəniş sisteminin nizamlanması planı" mordad ayından (iyulun sonu-avqust) icraya başlasa da, Binab bələdiyyəsində çalışan təxminən 150 şirkət işçisi hələ birbaşa ödənişdən yararlana bilmir.
İşçilər podratçı şirkətlərin hələ də fəaliyyətdə qalmasını da tənqid ediblər və deyiblər ki, illərdir vasitəçilərin aradan qaldırılması vəd edilsə də, sonda "yarımçıq" bir plan təsdiqlənib.
Onlar Binab bələdiyyəsi məsullarından qərarın dəqiq icra vaxtını açıqlamalarını tələb ediblər.