ArazNews
Ana Səhifə / Dünya / Tramp: Hormuz boğazı yaxınlığında İranın hədəflərini məhz indi vururuq
Dünya

Tramp: Hormuz boğazı yaxınlığında İranın hədəflərini məhz indi vururuq

Tramp: Hormuz boğazı yaxınlığında İranın hədəflərini məhz indi vururuq

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, bu ölkənin qüvvələri məhz bu anda Hormuz boğazı yaxınlığında İran hədəflərini vururlar. O, bu hücumları "böyük və güclü" adlandırıb.

Trampın sözlərinə görə, bu hücumlar İslam Respublikasının Hormuz boğazında mina qoymaq cəhdinin uğursuzluğa düçar olmasına və ABŞ-ın İordaniyadakı hərbi bazasına səkkiz raketin atılmasına cavab olaraq həyata keçirilir. O bildirib ki, minalar tam şəkildə götürülüb və ya partladılıb, boğazda artıq mina yoxdur, səkkiz raketin hamısı isə saf-çürük edilib.

ABŞ prezidenti hədə vurub ki, Tehran cavab verdiyi təqdirdə hücumlar daha yüksək şiddət və səviyyədə təkrarlanacaq. O əlavə edib ki, ən böyük hücum hələ qarşıdadır və o başa çatdıqdan sonra İslam Respublikasından "çox az şey qalacaq".

Kirmanşah əyalətinin sərhəd bölgələri üzərində bir neçə qırıcı təyyarənin uçuşu barədə məlumat yayılıb; bu təyyarələrin İranın hərbi hava qüvvələrinə aid olması təsdiqlənməyib.