Bəhreynin müdafiə qüvvələri açıqlayıb ki, ölkənin hava hücumundan müdafiə sistemləri çərşənbə günü səhər İranın bir neçə hava hücumunu aşkarlayaraq zərərsizləşdirib. Bu hücumlar İran rejimi ilə ABŞ arasında baş verən yeni gərginlik dalğası ilə eyni vaxta təsadüf edib.
Reuters agentliyinin məlumatına görə, Bəhreyn rəsmiləri bildiriblər ki, İran raketləri və pilotsuz uçuş aparatları ölkədəki hədəflərə tərəf atılıb, lakin Bəhreynin hava müdafiəsi onları aşkarlayıb zərərsizləşdirib. İran rejimi öz zərbələrinin Bəhreyndəki Amerika mövqelərinə və qüvvələrinə yönəldiyini bildirib.
Bəhreyn əvvəllər də təhlükəsizlik xəbərdarlıqları səbəbindən vətəndaşlarından təhlükəsiz yerlərə sığınmağı xahiş etmişdi. Əl-Cəzirə telekanalı da Bəhreyn rəsmilərinə istinadən xəbər verib ki, İran pilotsuz uçuş aparatları ölkə üzərində aşkarlanıb məhv edilib.