Ekspertlər xəbərdarlıq edirlər ki, Tehranın su böhranı artıq təkcə yağıntıların azalması və su anbarlarındakı ehtiyatların tükənməsi ilə məhdudlaşmır — əhalinin artımı və tikinti-quruculuq işləri paytaxtın real su ehtiyatları imkanlarını çoxdan üstələyib.
"Şərq" qəzetinin məlumatına görə, son 57 il ərzində Tehranda yağıntıların səviyyəsi təxminən 100 millimetr azalıb, yeraltı suların şəhərin su təminatındakı payı isə 50 faizə yaxınlaşıb. Eyni zamanda, Tehran-Kərəc su hövzəsi də illərdir kəsir ilə üzləşir.
Ekspertlərin sözlərinə görə, "su çatışmazlığı, yeni suyun ötürülməsi və sonra şəhərin daha da genişləndirilməsi" şəklindəki köhnə model artıq davam etdirilə bilməz. Bu böhran illərlə davam edən nizamsız inkişafın və paytaxtın su, torpaq və infrastruktur imkanlarının real həcminin nəzərə alınmamasının nəticəsidir.