ABŞ Xəzinədarlıq naziri Skott Bessent bildirib ki, Vaşinqton ilə Pekinin İran məsələsində "ortaq nöqtələri fikir ayrılıqlarından daha çoxdur". O qeyd edib ki, hər iki tərəf İran rejiminin nüvə silahı əldə etməsinə və Hörmüz boğazında gəmiçiliyə məhdudiyyət qoyulmasına qarşıdır.
Araz Newsun "Associated Press"ə istinadən verdiyi məlumata görə, Bessent G20 sammiti çərçivəsində deyib ki, Çin enerji ehtiyacının böyük hissəsini Fars körfəzi bölgəsindən təmin edir və buna görə də Hörmüz boğazının açıq qalması üçün həll yolu tapılmasında daha fəal rol oynamalıdır.
Bessent həmçinin bildirib ki, İran rejiminə qarşı iqtisadi addımlar barədə Çin və Rusiya rəsmiləri ilə danışıqlar aparıb.