ArazNews
Ana Səhifə / Dünya / İran-ABŞ vuruşmalarının şiddətlənməsi Körfəz ölkələrinin birjalarını qırmızıya boyadı
Dünya

İran-ABŞ vuruşmalarının şiddətlənməsi Körfəz ölkələrinin birjalarını qırmızıya boyadı

İran-ABŞ vuruşmalarının şiddətlənməsi Körfəz ölkələrinin birjalarını qırmızıya boyadı

Araz Newsun Reutersə istinadən verdiyi məlumata görə, Dubay və Qətər birja indeksləri hər biri 0,6 faiz, Əbu-Dabi indeksi isə 0,4 faiz azalıb. Səudiyyə Ərəbistanı birjası isə demək olar ki, dəyişməz qalıb.

Bazarlardakı düşüş, ABŞ-ın Lark adasında İran İslam Respublikasına məxsus iki lövbərgaha zərbə vurmasından və Tehranın qarşılıqlı hücumlarından sonra baş verib. Birləşmiş Ərəb Əmirlikləri isə ölkənin hava qüvvələrinin İrandan qalxan bir insansız uçuş aparatını (dron) öz ərazi sularının üzərində izlədiyini və qarşısını aldığını açıqlayıb.

Bölgə birjalarının reaksiyasından göründüyü kimi, Hörmüz boğazındakı gərginliyin yeni dövrü, hərbi və neft nəticələri ilə yanaşı, İran İslam Respublikasının siyasi riskini də birbaşa qonşu ölkələrin maliyyə bazarlarına daşıyıb.