ArazNews
Ana Səhifə / Dünya / Tramp Fox Nyuza kanalına: İslam Respublikası dağılmaqdadır və nüvə silahına sahib olmayacaq
Dünya

Tramp Fox Nyuza kanalına: İslam Respublikası dağılmaqdadır və nüvə silahına sahib olmayacaq

Tramp Fox Nyuza kanalına: İslam Respublikası dağılmaqdadır və nüvə silahına sahib olmayacaq

ABŞ prezidenti Donald Tramp bazar günü axşam, 8 şəhrivər (30 avqust) Fox News telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonun dəniz mühasirəsi və maliyyə təzyiqləri İslam Respublikasına ağır zərbələr vurub və bu hakimiyyət hazırda dağılma mərhələsindədir. O vurğulayıb ki, bu mübarizədə qələbə qazanmaq üçün hər hansı sazişə imza atmağa ehtiyac yoxdur: «Bir parça kağıza imza atmağa ehtiyacım yoxdur».

Tramp İslam Respublikasını terrorizmin ən böyük dövlət himayədarı adlandırıb və deyib ki, onun rəhbərləri və hərbi avadanlığı məhv edilib. O, hakimiyyət rəhbərlərini «şeytan xislətli» adlandırıb və bildirib ki, onlar bu yaxınlarda 52 min etirazçını öldürüb və etirazçıları öldürməyə davam edirlər.

ABŞ prezidenti əlavə edib ki, əgər o prezident olmasaydı, «İsrail deyə bir şey qalmazdı». Onun sözlərinə görə, münaqişələrin başlaması ilə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt kimi ölkələr hədəfə alınıb və Tehran onların dəstəyini və bitərəfliyini tamamilə itirib.