ArazNews
Ana Səhifə / Dünya / Şanqhay sammiti ətrafında intensiv diplomatiya: Pezeşkian və Ərdoğan Putinlə ayrı-ayrılıqda görüşəcək
Dünya

Şanqhay sammiti ətrafında intensiv diplomatiya: Pezeşkian və Ərdoğan Putinlə ayrı-ayrılıqda görüşəcək

Şanqhay sammiti ətrafında intensiv diplomatiya: Pezeşkian və Ərdoğan Putinlə ayrı-ayrılıqda görüşəcək

Məsud Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanqhay Əməkdaşlıq Təşkilatı üzvü dövlətlərin liderlərinin sammiti ərtafında Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək.

Kremlin açıqlamasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ayrıca olaraq Putinlə görüşəcək. Türkiyə Şanqhay Əməkdaşlıq Təşkilatının tam üzvü deyil və bu təşkilatla "dialoq tərəfdaşı" statusunda əməkdaşlıq edir.

Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, Putin sammit çərçivəsində ən azı 9 ikitərəfli görüş keçirəcək. Putinin Pezeşkian və Ərdoğanla görüşlərinin gündəliyinə dair təfərrüatlar hələ açıqlanmayıb.