Gündəlik benzin istehlakı təxminən 135 milyon litrə çatdığı bir vaxtda, Sənaye, Mədən və Ticarət Nazirliyi avtomobillərin yanacaq istehlakının hər 100 kilometrə beş litrə endirilməsi hədəfindən danışır; lakin 22 milyondan çox köhnə nəqliyyat vasitəsinin mövcudluğu bu hədəfin reallaşmasını ciddi çətinliklə üz-üzə qoyub.
Yarırəsmi Mehr xəbər agentliyinin məlumatına görə, ölkənin köhnə nəqliyyat parkına təxminən 7,5 milyon minik avtomobili, 11,3 milyon motosiklet, iki milyondan çox yük mikroavtobusu (vanet), habelə yüz minlərlə taksi, avtobus, mikroavtobus və yük maşını daxildir.
Elektrikli və hibrid avtomobillərin istehsalının artması da tək başına qısamüddətli perspektivdə benzin balanssızlığını aradan qaldıra bilməz; bu avtomobillərin milli istehlaka hiss olunan təsiri yalnız o zaman formalaşacaq ki, onlar nəqliyyat parkının əhəmiyyətli hissəsini təşkil etsinlər.