ArazNews
Ana Səhifə / İran / İran Atom Enerjisi Təşkilatının rəhbəri: Agentliyin hazırda bombalanmış nüvə obyektlərini yoxlamaq icazəsi yoxdur
İran

İran Atom Enerjisi Təşkilatının rəhbəri: Agentliyin hazırda bombalanmış nüvə obyektlərini yoxlamaq icazəsi yoxdur

İran Atom Enerjisi Təşkilatının rəhbəri: Agentliyin hazırda bombalanmış nüvə obyektlərini yoxlamaq icazəsi yoxdur

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami açıqlayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi hərbi zərbələrin hədəfinə çevrilmiş nüvə mərkəzlərinin yoxlanılması üçün xüsusi protokol hazırlanıb təsdiqlənənədək bu obyektləri yoxlaya bilməz.

Eslami bildirib ki, bu mərkəzlər zərbələrdən əvvəl Agentliyin daimi nəzarəti altında olub və ABŞ ilə İsrailin hücumları qarşısında bu qurumun sükutunu tənqid edib.

Bu açıqlamalar elə bir vaxtda səslənir ki, Donald Tramp əvvəllər xəbərdarlıq etmişdi ki, ABŞ-ın "İranla işi hələ bitməyib" və Natənz yaxınlığında yerləşən, "Kuh-e Kolang Gazla" adlanan yeraltı nüvə kompleksi ABŞ ordusunun növbəti mümkün hədəfi ola bilər.