Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfəri ilə eyni vaxtda "Keyhan" qəzeti İslamabadın İran-ABŞ vasitəçiliyindəki motivini sual altına qoyub və bunu Pakistanın Vaşinqtondan maliyyə yardımı əldə etmək cəhdi ilə əlaqələndirib.
"Keyhan" Pakistanın 10 milyard dollar məbləğində kredit tələbinə istinad edərək yazıb ki, bu məsələnin İslamabadın vasitəçilik cəhdləri ilə üst-üstə düşməsi, ABŞ-dan "dəllallıq haqqı" alınması ehtimalını gücləndirir.
"Keyhan" həmçinin "Əl-Mayadin"in Qətər baş naziri və xarici işlər nazirinin Tehrana mümkün səfəri barədə xəbərinə istinad edib və Dohanın bu vasitəçilikdəki motivini də şübhə altına alıb.