ArazNews
Ana Səhifə / Dünya / Tramp: SİA rəhbərinin Moskvaya səfəri Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı idi, İran və NATO ilə əlaqəsi yoxdur
Dünya

Tramp: SİA rəhbərinin Moskvaya səfəri Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı idi, İran və NATO ilə əlaqəsi yoxdur

Tramp: SİA rəhbərinin Moskvaya səfəri Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı idi, İran və NATO ilə əlaqəsi yoxdur

ABŞ prezidenti Donald Tramp, SİA rəhbəri Con Ratklifin Moskvaya elan olunmamış səfərinin İranla əlaqəsi və Rusiyaya NATO ilə bağlı xəbərdarlıq edilməsi barədə yayılan xəbərləri təkzib edərək bildirib ki, bu səfər Ukrayna müharibəsinin sona çatdırılması istiqamətindəki səylərlə bağlı olub.

Tramp Glen Bekin radio proqramına müsahibəsində Ratklifin səfərini "müəyyən mənada adi" adlandıraraq deyib: "Bundan nəticə çıxa bilər. Biz bu müharibəni sona çatdırmaq üçün çox çalışırıq."

Bununla belə, CBS News məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Ratklif Moskvada İran mövzusunda da danışıqlar aparıb və xəbərdarlıq edib ki, Hörmüz boğazı gəmiçilik üçün açılmasa, əlavə sanksiyalar tətbiq ediləcək.

Kreml də SİA rəhbərinin Rusiyanın kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığını təsdiqləyib, lakin bildirib ki, Ratklif Vladimir Putinlə görüşməyib.