İsrail hökuməti son həftələrdə britaniyalı məmurların "Qəzzaya dəstək üzrə beynəlxalq mərkəz"dən çıxarılmasını araşdırıb və bəzi digər Avropa ölkələrinin nümayəndələrinə qarşı da oxşar addımlar atıla bilər.
Financial Times-a istinadən bildirilir ki, ABŞ-ın rəhbərliyi ilə fəaliyyət göstərən bu çoxmillətli mərkəz İsraillə HƏMAS arasındakı atəşkəsə nəzarət funksiyasını həyata keçirir.
Bu xəbər İsrailin xarici işlər naziri Gideon Saarın Hollandiya hökumətinin "İsrailəleyhinə addımları" adlandırdığı tədbirlərə cavab olaraq Hollandiya nümayəndələrinin mərkəzdən qovulacağını açıqlamasından sonra yayılıb.
Financial Times yazır ki, İsrailin bu addımları digər Avropa ölkələrinin məmurlarına da şamil oluna bilər.