ArazNews
Ana Səhifə / İran / Şəbəkə 3 dövlət televiziyası: Səsavsima Barron Trampın öldürülməsi üçün 10 milyon dollar mükafat elan edib
İran

Şəbəkə 3 dövlət televiziyası: Səsavsima Barron Trampın öldürülməsi üçün 10 milyon dollar mükafat elan edib

Şəbəkə 3 dövlət televiziyası: Səsavsima Barron Trampın öldürülməsi üçün 10 milyon dollar mükafat elan edib

İranın dövlət televiziyası "Barron Trampı harada və necə öldürməli?" adlı bir video yayımlayıb, videoda Donald Trampın 20 yaşlı oğlunun gediş-gəliş marşrutu və fəaliyyətləri izlənilir. Sepah (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqəli media orqanları və dövlət televiziyasının 3-cü Şəbəkəsi tərəfindən yayımlanan bu videoda ABŞ prezidentinin ən kiçik övladının başı üçün 10 milyon dollar mükafat təyin olunub.

Dövlət mediası bu addımı Donald Trampdan "Əli Xameneyinin və ailəsinin bəzi üzvlərinin qanının qisası" kimi təsvir edib. İranın dövlət mediası son aylarda Donald Tramp və onun ailəsinə qarşı təhdidlərini gücləndirib və Barron Trampın gediş-gəliş məlumatlarına çıxışı olduğunu iddia edib.