İranın sərbəst bazarında ABŞ dollarının satış məzənnəsi bazar ertəsi günü 203 min tümənin hüddundan keçib və dollar-rial əməliyyatlarında qeydə alınan ən yüksək səviyyəni təşkil edib.
Bazar günü ticarəti 200 min 900 tüməndə başa vuran dollar bir neçə saat ərzində daha üç min tümən artıb. Bu artım şənbə günü dolların təxminən 191 min tümən olduğu, bir il əvvəl isə eyni dövrdə hər dolların təxminən 95 min tümənə satıldığı bir şəraitdə baş verib.
Qiymət artımı yalnız dollarla məhdudlaşmayıb: avro 237 min tümənin, funt-sterlinq 274 min tümənin, BƏƏ dirhəmi isə 55 min tümənin hüddundan keçib.
Valyuta bazarındakı bu rekord ABŞ-ın İran İslam Respublikasına qarşı yeni sanksiyalar paketinin təfərrüatlarının açıqlanması ərəfəsində baş verib.