ArazNews
Ana Səhifə / Dünya / Kan: İsrail-Türkiyə arasında toqquşmanın qarşısını almaq üçün gizli təmaslar
Dünya

Kan: İsrail-Türkiyə arasında toqquşmanın qarşısını almaq üçün gizli təmaslar

Kan: İsrail-Türkiyə arasında toqquşmanın qarşısını almaq üçün gizli təmaslar

İsrailin "Kan" telekanalı yüksək vəzifəli hərbi rəsmiyə istinadən xəbər verib ki, İsraillə Türkiyə arasında mesaj ötürülməsi və hərbi sürtüşmənin qarşısının alınması üçün gizli kanallar mövcuddur.

Həmin rəsmi şəxs deyib: "İsrail Türkiyəni düşmənə çevirmək istəmir". Bununla belə, o vurğulayıb ki, Türkiyənin Suriyada İsrail üçün təhdid sayılacaq hərbi sistemlər yerləşdirməsi Tel-Əvivin qırmızı xəttidir və əgər diplomatik mesajlar nəticə verməzsə, İsrail addım atacaq.

Bu təmaslar İsrailin İdlibdəki Əbu-əz-Zühur hava bazasına hücumundan və Ankara ilə gərginliyin artmasından sonra daha böyük əhəmiyyət kəsb edib. ABŞ da Türkiyə, İsrail və Suriya arasında istənilməyən toqquşmaların qarşısını almaq üçün mexanizm yaratmaqdadır.