ABŞ prezidenti Donald Trump "Truth Social" sosial şəbəkəsində Hörmüz boğazının şəklini paylaşaraq bu strateji su yolunu "ABŞ-ın yeni ərazisi" adlandırıb.
Trump son günlər dəfələrlə ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini iddia edib. Bu açıqlamalar ABŞ-ın həmin su yolunda genişmiqyaslı hərbi mövcudluğu və ticarət gəmilərinin müşayiəti üzrə əməliyyatları ilə eyni vaxta təsadüf edir.