ArazNews
Ana Səhifə / Dünya / İsrail Suriyanın hava bazasına hücumun səbəbini açıqladı: Türkiyə qüvvələrinin Hələb yaxınlığında yerləşdirilməsinin qarşısını almaq
Dünya

İsrail Suriyanın hava bazasına hücumun səbəbini açıqladı: Türkiyə qüvvələrinin Hələb yaxınlığında yerləşdirilməsinin qarşısını almaq

İsrail Suriyanın hava bazasına hücumun səbəbini açıqladı: Türkiyə qüvvələrinin Hələb yaxınlığında yerləşdirilməsinin qarşısını almaq

İsrail baş nazirinin dəftərxanası bildirib ki, Suriyanın hava bazasına hücum Türkiyə qüvvələrinin bu bazada yerləşdirilməsinin qarşısını almaq məqsədilə həyata keçirilib.

Açıqlamaya görə, İsrail və Suriya təhlükəsizlik məsələlərində mövcud vəziyyətin saxlanılması barədə razılığa gəlmişdi. İsrail baş nazirinin dəftərxanası bildirib ki, Dəməşq Hələbə yaxın bir bazada Türkiyə qüvvələrinin yerləşdirilməsinə icazə verməklə bu razılaşmanı pozmaq həddinə çatmışdı.

Açıqlamada qeyd olunub ki, İsrail Suriyaya dəfələrlə xəbərdarlıq edib ki, belə yerləşdirmə bu ölkənin təhlükəsizliyi üçün təhdiddir. Baş nazirin dəftərxanasının sözlərinə görə, Dəməşq bu xəbərdarlıqları nəzərə almayıb.

İsrail vurğulayıb ki, təhlükəsizlik təhdidlərinə dözməyəcək və əvvəlki vəziyyətə qayıdışı alqışlayır. Türk analitik Yunus Əmrə Ərdoğan bu addımı Netanyahu tərəfindən sırf seçki hərəkəti kimi deyil, Ankara ilə Tel-Əviv arasında fəal və uzunmüddətli gərginliyin bir hissəsi kimi qiymətləndirib.