İranda ərzaq məhsullarının qiymətlərinin kəskin artması ərzaq inflyasiyasını üçrəqəmli səviyyəyə çatdırıb və istehsalçıların sözlərinə görə, bəzi əsas malların istehlakı kəskin şəkildə azalıb.
Fararo agentliyinə istinadən, ailələrin alıcılıq qabiliyyətinin aşağı düşməsi ərzaq məhsullarının istehlakına o dərəcədə təsir göstərib ki, bəzi hallarda idxala ehtiyac azalıb və istehsalçılar da istehsalın artırılması planlarını dayandırıblar.
Bu vəziyyət göstərir ki, bəzi ərzaq məhsullarına tələbatın azalması istehsalın artması və ya bazarın yaxşılaşması ilə deyil, bahalıq və istehlakçıların alıcılıq gücünün zəifləməsi nəticəsində baş verib.