ArazNews
Ana Səhifə / İran / Məsrur Barzani: şəxsi ofisim İran rejiminin pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib
İran

Məsrur Barzani: şəxsi ofisim İran rejiminin pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib

Məsrur Barzani: şəxsi ofisim İran rejiminin pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib

İraq Kürdüstan Regionunun baş naziri Məsrur Barzani bildirib ki, onun şəxsi ofisi və "Parastin" kəşfiyyat təşkilatının rəhbərinin olduğu kompleks bazar ertəsi günü İran rejiminin pilotsuz uçuş aparatları (dron) ilə hücuma məruz qalıb.

Barzani "X" sosial şəbəkəsindəki hesabında yaydığı bəyanatda deyib ki, Kürdüstan Regionunun terrorla mübarizə bölməsi araşdırma və texniki yoxlamalar apardıqdan sonra bu hücumların mənbəyini müəyyən edib.

İraqın şimalındakı regionun baş naziri bildirib: "Bu ehtiyatsız və qəbuledilməz hücumları ən sərt ifadələrlə qınayıram. Bu addımlar gərginliyin təhlükəli şəkildə artmasıdır və Kürdüstan Regionunun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdiddir".

Barzani vurğulayıb ki, bu cür hücumlar regional hökumətin vəzifələrini yerinə yetirməsinə və vətəndaşları qorumaq üçün göstərdiyi səylərə mane ola bilməz.