İslam Respublikası Məclisinin sədri Məhəmmədbaqir Qalibafın çərşənbə günü yüksək səviyyəli nümayəndə heyətinin başında Bağdada səfər edəcəyi və İraqın rəsmiləri və siyasi simaları ilə görüşəcəyi bildirilir.
"Şəfəq News" mənbəyə istinadən məlumat yayaraq bildirib ki, bu səfərin ən mühüm mövzularından biri İraqın neft ixracının Hörmüz boğazından keçirilməsi təklifi olacaq.
Daha əvvəl "Əl-Hədəs" telekanalı xəbər vermişdi ki, keçən həftəyə planlaşdırılan Qalibafın Bağdada səfəri təxirə salınıb.