ArazNews
Ana Səhifə / Bölgə / "Etemad" qəzeti: Neft çirklənməsi Qeşm adasının sahillərini və hərra meşələrini bürüdü
Bölgə

"Etemad" qəzeti: Neft çirklənməsi Qeşm adasının sahillərini və hərra meşələrini bürüdü

Oman sahilləri istiqamətindən yola düşən neft ləkələri Qeşm adasının suları və sahillərinə çatıb, bölgədəki hərra meşələrinin bir hissəsini örtüb. Qeşmin hərra meşələri regionun həssas heyvan və bitki növlərinin yaşayış mühiti sayılır və neft çirklənməsi bu ekosistemə uzunmüddətli zərər vura bilər.

"Etemad" qəzeti hazırladığı hesabatda Qeşmin sahilyanı sularında bu çirklənmənin yayılmasından xəbər verib, lakin neft sızmasının dəqiq mənbəyini və çirklənmiş sahənin dəqiq həcmini açıqlamayıb. İranın cənub sahilləri son illərdə Oman və Fars körfəzi sularında neft tankerlərinin hərəkəti nəticəsində baş verən bənzər neft çirklənmələri ilə dəfələrlə üzləşib.