Bəhreynin Xarici İşlər Nazirliyi Hörmüz boğazında BƏƏ-nin "ADNOC" şirkətinə məxsus iki gəmiyə qarşı İran İslam Respublikasına aid edilən hücumları kəskin şəkildə pisləyib və BMT Təhlükəsizlik Şurasından Tehrana qarşı "qəti və çəkindirici" tədbirlər görməsini istəyib. BƏƏ də cümə günü ADNOC-a məxsus iki gəmiyə hücuma görə İranı məsul bilib.
Bəhreyn bu hücumları regionun təhlükəsizliyinə və gəmiçilik azadlığına qarşı ciddi təhdid, həmçinin beynəlxalq qanunların pozulması kimi qiymətləndirib və vurğulayıb ki, İran İslam Respublikası ticarət gəmilərinə qarşı düşmənçilik xarakterli hərəkətlərə dərhal son qoymalıdır.
Manama, həmçinin gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunmasını tələb edib və vurğulayıb ki, bu su yolu iqtisadi təzyiq və ya şantaj vasitəsinə çevrilməməlidir.