Ukraynanın pilotsuz uçuş aparatı Rusiya və Belarus sərhədi yaxınlığında İrana məxsus yük maşınını hədəfə alıb. Hücum İran yük maşınlarının iki ölkə arasında mal daşınması üçün istifadə etdiyi tədarük marşrutunda baş verib.
Ukrayna ordusu aylardır İran və Rusiya arasındakı hərbi və ticari əməkdaşlıqla bağlı tədarük xətlərini pilotsuz uçuş aparatları ilə hədəfə alır. Tehran Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Şahid tipli pilotsuz uçuş aparatları göndərməklə və onların Rusiya ərazisində istehsalına yardım etməklə Moskvanın əsas hərbi tərəfdaşlarından birinə çevrilib.