ArazNews
Ana Səhifə / Dünya / Hamas: Razılaşdırılmış yol xəritəsinə sadiqik – ABŞ Netanyahuya təzyiq göstərsin
Dünya

Hamas: Razılaşdırılmış yol xəritəsinə sadiqik – ABŞ Netanyahuya təzyiq göstərsin

Hamas: Razılaşdırılmış yol xəritəsinə sadiqik – ABŞ Netanyahuya təzyiq göstərsin

Hamas bəyan edib ki, "sülh şurası" ilə razılaşdırılmış yol xəritəsinə sadiq qalmaqda davam edir və vasitəçilərdən, eləcə də ABŞ-dan tələb edib ki, bu razılaşmanın tam icrası üçün İsrail hökumətinə təzyiq göstərsinlər.

Hamas bəyanatında vurğulayıb ki, vasitəçi tərəflər və "ABŞ zamini" Binyamin Netanyahunu və onun hökumətini yol xəritəsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə məcbur etməlidirlər.

Bu mövqe elə bir vaxtda irəli sürülür ki, Qəzza planının növbəti mərhələlərinin necə icra olunması ilə bağlı fikir ayrılığı davam edir və tərəflərin hər biri digərini öhdəliklərə əməl etməməkdə ittiham edir.