ArazNews
Ana Səhifə / İran / Tramp: İranın danışıq oyunlarından ümidimi kəsmişəm; "danışıqçılar çox hiyləgərdirlər"
İran

Tramp: İranın danışıq oyunlarından ümidimi kəsmişəm; "danışıqçılar çox hiyləgərdirlər"

Tramp: İranın danışıq oyunlarından ümidimi kəsmişəm;

ABŞ prezidenti Donald Tramp İslam Respublikasının danışıq üsulunu kəskin tənqid edərək bildirib ki, Tehran Vaşinqtonla görüşlərdə bəzi məsələlərlə razılaşır, lakin danışıq otağını tərk etdikdən sonra həmin razılaşmaları media qarşısında inkar edir.

Amerikanın Səsi radiosuna istinadən, Tramp İslam Respublikasının danışıqçılarını "çox hiyləgər" və "çox səmimiyyətsiz" adlandırıb və deyib ki, ABŞ hazırda İranın maliyyə mənbələrinə xeyli dərəcədə nəzarət edir. O, həmçinin iddia edib ki, İranda inflyasiya 300 faizə çatıb və hökumət hərbi qüvvələrinin maaşlarını ödəməkdə çətinlik çəkir.

Tramp eyni zamanda vurğulayıb ki, ABŞ raket sursatı çatışmazlığı ilə üzləşmir və zərurət yaranarsa, İslam Respublikasına "çox sərt zərbə" endirmək gücünə malikdir; bununla belə, iqtisadi təzyiq onun administrasiyasının əsas seçimlərindən biri olaraq qalır.