ArazNews
Ana Səhifə / İran / Tehran meri Əlirza Zakani: 9 esfənd hücumunun hədəfi Möctəba Xameneyinin və həyat yoldaşının olduğu mərtəbə olub
İran

Tehran meri Əlirza Zakani: 9 esfənd hücumunun hədəfi Möctəba Xameneyinin və həyat yoldaşının olduğu mərtəbə olub

Tehran meri Əlirza Zakani: 9 esfənd hücumunun hədəfi Möctəba Xameneyinin və həyat yoldaşının olduğu mərtəbə olub

Tehran meri Əlirza Zakani videomüsahibədə 9 esfənd tarixində Möctəba Xameneyinin yaşadığı yerə edilən hücum barədə yeni məlumat verərək bildirib ki, hücumun hədəfi məhz onun və həyat yoldaşı Zəhra Həddad Adilin olduğu mərtəbə olub.

Zakaninin sözlərinə görə, Həddad Adil baş ağrısı səbəbindən vaxtında evdən məktəbə getmək üçün çıxmayıb və elə həmin hücum zamanı həlak olub, Möctəba Xameneyi isə yalnız yüngül xəsarət alıb.

Bu məlumat Həddad Adilin harada həlak olması ilə bağlı əvvəlki xəbərlərdən fərqlənir. Daha əvvəl bildirilmişdi ki, o, rəhbərlik iqamətgahına edilən hücumda Əli Xameneyi ailəsinin digər üzvləri, o cümlədən Misbahülhüda Baqiri-Kəni və Büşra Xameneyi ilə birlikdə həlak olub. Rəhbərlik dəftərinin beynəlxalq əlaqələr müavini Möhsün Qumi əvvəllər demişdi ki, Möctəba Xameneyi digər sakinlərinin həlak olduğu binada olub, lakin hücumdan bir neçə dəqiqə əvvəl həyətə çıxıb.