ArazNews
Ana Səhifə / İran / Möhsün Rezai vəzifəyə təyin edildikdən sonra ilk mövqeyini bildirdi: ABŞ müharibəni bitirib pulları verməyənə qədər Hörmüz açılmayacaq
İran

Möhsün Rezai vəzifəyə təyin edildikdən sonra ilk mövqeyini bildirdi: ABŞ müharibəni bitirib pulları verməyənə qədər Hörmüz açılmayacaq

Möhsün Rezai vəzifəyə təyin edildikdən sonra ilk mövqeyini bildirdi: ABŞ müharibəni bitirib pulları verməyənə qədər Hörmüz açılmayacaq

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Möhsün Rezai Hörmüz boğazının yenidən açılmasını müharibənin sona çatması və İranın ABŞ tərəfindən bloklanmış pullarının ödənilməsi şərtinə bağlayıb.

İran mediasının məlumatına görə, o, Çinin Tehrandakı səfiri ilə görüşdə deyib ki, Vaşinqton öz mövqeyini dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq. Rezainin yerinə keçdiyi şuranın əvvəlki katibi Məhəmmədbaqir Zülqədr keçən həftə oxşar şərtlər irəli sürmüşdü.

Hörmüz boğazından keçidlə bağlı Oman ilə davam edən danışıqlara dair Rezai bildirib ki, iki ölkə arasında əldə edilə biləcək hər hansı razılaşma boğazın bağlanması məsələsindən ayrı bir mövzu olacaq. Bu açıqlamalar Donald Trampın bazar ertəsi Ağ Evdə ABŞ-ın Hörmüz boğazının tamamını mina təmizləməsindən keçirdiyini və onun tam nəzarətinin ABŞ-ın əlində olduğunu bildirdiyi zaman səsləndi.