ArazNews
Ana Səhifə / İran / Tehran prokurorluğu 1404-cü il dey ayında edam edilənlərin müdafiəçiləri üçün cinayət işi açdı
İran

Tehran prokurorluğu 1404-cü il dey ayında edam edilənlərin müdafiəçiləri üçün cinayət işi açdı

Tehran prokurorluğu 1404-cü il dey ayında edam edilənlərin müdafiəçiləri üçün cinayət işi açdı

Tehran prokurorluğu bildirib ki, "1404-cü il dey ayının çevriliş elementləri və Ramazan müharibəsindəki düşmən agentləri" adlandırdığı şəxslər barəsindəki hökmlərin icrasından sonra məhkumları müdafiə edən bir sıra fərd və şəxsiyyətlər üçün cinayət işi açılıb.

Məhkəmə hakimiyyətinə bağlı Mizan xəbər agentliyi yazıb ki, həmin hökmlərin icrası ardından "az sayda şəxsiyyət və fərd" məhkumları birbaşa və ya dolayısı ilə müdafiə edən mövqe tutub.

Həmin hesabatda bu məhkumlar "iğtişaşçı şəxsiyyətlər" və "1404-cü il dey ayının zorakı hadisələrinin çevriliş törədiciləri" adlandırılıb.

Tehran prokurorluğu bildirib ki, təhlükəsizlik və kəşfiyyat orqanlarından hesabat alınması və virtual məkanın izlənilməsindən sonra bu şəxslərin bir qismi barəsindəki cinayət işləri açılıb və işlər "səlahiyyətli məhkəməyə" göndərilib.

Təqib olunan şəxslərin kimliyi, onların sayı və ya açıqlamalarının dəqiq məzmunu barəsində heç bir məlumat yayımlanmayıb.

Tehran prokurorluğu məhkəmə proseslərinə "elmi tənqidi" alqışladığını iddia edib, lakin həmin qurumun sözlərinə görə, "çevriliş törədiciləri və düşmən agentlərini" müdafiə edənlərlə hesablaşılacaq.