ArazNews
Ana Səhifə / İran / ABŞ və İsrail İslam Respublikasının «quru blokadası» planını müzakirə edir
İran

ABŞ və İsrail İslam Respublikasının «quru blokadası» planını müzakirə edir

ABŞ və İsrail İslam Respublikasının «quru blokadası» planını müzakirə edir

Britaniya qəzeti The Telegraph məlumat verib ki, ABŞ və İsrail İranın daxilinə və xaricinə gedən quru ticarət yollarını bağlamağa yönəlmiş bir planı müzakirə edir.

Məlumata görə, planın həyata keçirilməsi İslam Respublikasının qonşu ölkələrinin — o cümlədən İraq və Pakistanın — əməkdaşlığını tələb edir; həmin ölkələrin hökumətlərindən İranla olan sərhəd keçidlərini bağmaları və ya malların keçişinə geniş məhdudiyyətlər tətbiq etmələri xahiş edilə bilər.

Bu plan İran limanlarının dəniz blokadası ilə paralel olaraq gündəmə gəlib. Digər məlumatlara görə, Donald Tramp və Benyamin Netanyahu yaxın zamanlarda İranın quru ticarət yollarının kəsilməsi seçimi ilə bağlı danışıqlar aparıb; bununla belə, hələlik nə yekun qərar, nə də İranın qonşuları ilə rəsmi saziş elan edilib.

Qonşu ölkələrin dəstəyi olmadan quru blokadanın həyata keçirilməsi ciddi siyasi və praktiki maneələrlə üzləşəcək; belə ki, İranın ticarətinin əhəmiyyətli hissəsi İraq, Türkiyə, Pakistan və digər qonşularla quru sərhədləri vasitəsilə həyata keçirilir.