ArazNews
Ana Səhifə / Bölgə / Sepah yenidən bölgə ölkələrini təhdid etdi: ABŞ hərbçilərinin yaşayış yerlərindən 500 metr məsafə saxlayın
Bölgə

Sepah yenidən bölgə ölkələrini təhdid etdi: ABŞ hərbçilərinin yaşayış yerlərindən 500 metr məsafə saxlayın

Sepah yenidən bölgə ölkələrini təhdid etdi: ABŞ hərbçilərinin yaşayış yerlərindən 500 metr məsafə saxlayın

İslam Respublikasının Səpahi-Pasdaran qüvvələri 49 nömrəli bəyanatında ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələrin sakinlərindən ABŞ hərbçilərinin gizli və örtülü yaşayış məntəqələrindən 500 metr məsafədə olmalarını tələb edib. Həmin qurum bir daha bölgə ölkələri vətəndaşlarının təhlükəsizliyini öz təhdidləri üçün bəhanə kimi istifadə edib.

Sepah iddia edib ki, ABŞ hərbçilərinin çoxu qorxudan öz bazalarını tərk edərək şəhərlərdəki binalarda yerləşib. Qurum xəbərdarlıq edib ki, ABŞ-ın hücumları davam etdiyi təqdirdə «qisas» tədbirlərini gündəmə alacaq.

Sepah həmçinin bölgə sakinlərindən ABŞ qüvvələrinin yeni yerləşmə məntəqələrinin ünvanlarını həmin qurumun Telegram-dakı rəsmi ictimaiyyətlə əlaqələr hesabına və ya SepahNews saytına bildirmələrini istəyib.