İranın kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı son hücumlarında həlak olan İslam İnqilabı Keşikçilərinin (İİK) beş üzvünün cənazəsi Mehran sərhəd keçidindən İrana qaytarıldı.
İslam Respublikasının məhkəmə hakimiyyətinə bağlı Mizan xəbər agentliyi bu gün, cümə günü, sərhəddə bayraqla örtülmüş tabutların şəkillərini dərc edərək xəbəri elan etdi; lakin beş nəfərin kimliyini açıqlamamdı və əvvəlki məlumatlarla olan ziddiyyətə dair heç bir izahat vermədi.
Bundan əvvəl İran mediası həlak olanların sayını dörd nəfər olaraq açıqlamış və onların adlarını Əliəsgər Astanə, Əbülfəzl Müttəqi, Mürtəza Əkbəri və Əmirabbas Dərhəmfüruş kimi qeyd etmişdi; həmin mənbələrin bildirdiyinə görə, bu şəxslər Qüds qüvvələrinin üzvləri olmuş və Ərbəin hazırlığı ilə bağlı təhlükəsizlik missiyaları icra etmişdilər.