ArazNews
Ana Səhifə / İran / İslam İnqilabı Keşikçiləri Korpusunun yeni təhdidi: dəniz blokadası müharibənin genişlənməsidir
İran

İslam İnqilabı Keşikçiləri Korpusunun yeni təhdidi: dəniz blokadası müharibənin genişlənməsidir

İslam İnqilabı Keşikçiləri Korpusunun yeni təhdidi: dəniz blokadası müharibənin genişlənməsidir

İslam İnqilabı Keşikçiləri Korpusunun Xatəm əl-Ənbiya Qərargahı təhdidamiz bəyanatında iddia edib ki, ABŞ son üç gün ərzində İslam Respublikasına məxsus gəmiləri, ticarət gəmilərini və neft tankerlerini sahil sularında təhdid edib və İranın dəniz blokadası rejiminə keçməyi planlaşdırır.

İslam Respublikasına bağlı bu hərbi qurum həmin addımı «müharibənin genişlənməsi» kimi xarakterizə edib və hərbi cavab verəcəyini iddia edib. Korpusun təhdidamiz tonu o şəraitdə müşahidə edilir ki, İslam Respublikası son ağır zərbələrdən sonra əslində öz deterrans potensialını itirmişdir və kəskin bəyanatları getdikcə daha çox boş rəcəzxanlıq xarakteri daşıyır.