ArazNews
Ana Səhifə / İran / Azərbaycan Respublikasının AzTV-nin İranın «düşmən media» siyahısına daxil edilməsinə reaksiyası
İran

Azərbaycan Respublikasının AzTV-nin İranın «düşmən media» siyahısına daxil edilməsinə reaksiyası

Azərbaycan Respublikasının AzTV-nin İranın «düşmən media» siyahısına daxil edilməsinə reaksiyası

Azərbaycan Respublikasının Media İnkişaf Agentliyi bəyanat yayaraq bildirdi ki, AzTV də daxil olmaqla bəzi xarici media orqanlarının İran tərəfindən «düşmən media» siyahısına daxil edilməsi və bu media orqanları ilə əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə hədələnməsi agentlikdə təəccüb doğurub.

Bəyanatda vurğulanıb ki, Azərbaycan Respublikası jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməklə yanaşı, qarşılıqlılıq prinsipinə də riayət edir. Azərbaycan Respublikasının «Media» qanununun 11.4-cü maddəsinə əsasən, digər dövlətlər media siyahısında qeydiyyatda olan jurnalistlərin peşəkar fəaliyyətinə məhdudiyyət tətbiq edərsə, Azərbaycan Respublikasında həmin dövlətlərin jurnalistlərinə qarşı da analoji məhdudiyyətlərin tətbiqi mümkündür.

Azərbaycan Respublikasının Media İnkişaf Agentliyi həmin qanuni müddəaya və qarşılıqlılıq prinsipinə istinad edərək bəyan etdi ki, agentliyin iddiasına görə Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı təbliğat aparan media orqanlarının, o cümlədən «Səhər» televiziya kanalının, «Mehr» xəbər agentliyinin və onların nümayəndələrinin fəaliyyəti Azərbaycan Respublikasında qeyri-qanuni hesab edilir.

Agentlik həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media orqanlarını və jurnalistləri adı çəkilən media orqanları və onlara bağlı nümayəndələrlə əməkdaşlıqdan çəkinməyə çağırıb.