ArazNews
Ana Səhifə / İran / ABŞ İranın sahil bölgələri və adalarına nəzarət üçün məhdud quru əməliyyatını nəzərdən keçirir
İran

ABŞ İranın sahil bölgələri və adalarına nəzarət üçün məhdud quru əməliyyatını nəzərdən keçirir

ABŞ İranın sahil bölgələri və adalarına nəzarət üçün məhdud quru əməliyyatını nəzərdən keçirir

BƏƏ-nin Əram Nyuz xəbər portalı qərb diplomatik mənbələrinə istinadən bildirib ki, ABŞ hökuməti İranın sahilləri və adalarında məhdud bir quru əməliyyatının həyata keçirilməsinə dair planı nəzərdən keçirir. Həmin mənbələrə görə, əməliyyatın məqsədi Hörmüz boğazına hakim mövqeləri nəzarət altına alaraq onları Tehrandan çıxarmaqdır.

Əram Nyuz yazıb ki, ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat qurumlarının nümayəndələri keçirdikləri görüşlərdə əməliyyatın təfərrüatlarını və müvafiq əmr verilərək başlanğıc vaxtı müəyyənləşdirildikdən sonra icrasına hazırlığı müzakirə edir. Nəşrin məlumatına görə, ehtimal olunan əməliyyat geniş hava dəstəyi, güclü atəş açılması və əsas hərəkət və təchizat yollarının kəsilməsi ilə müşayiət olunacaq.

Ağ Evin yaxın çevrəsindən bir diplomat da Əram Nyuza açıqlayıb ki, Vaşinqton Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz keçidin təmin edilməsinə və İslam İnqilab Keşikçiləri Korpusunun gəmilərə və neft tankerlərinə qarşı mümkün təhdidlərinin qarşısının alınmasına xüsusi diqqət yetirir.