ArazNews
Ana Səhifə / Bölgə / Küveyt ordusunun Baş Qərargah rəisi İslam Respublikasının hücumlarında yaralanan hərbçiləri ziyarət edib
Bölgə

Küveyt ordusunun Baş Qərargah rəisi İslam Respublikasının hücumlarında yaralanan hərbçiləri ziyarət edib

Küveyt ordusunun Baş Qərargah rəisi İslam Respublikasının hücumlarında yaralanan hərbçiləri ziyarət edib

Küveyt ordusunun Baş Qərargah rəisi general Xalid Dərəc Səd əl-Şəryan, müavini general-leytenant pilot Səbbah Cabir əl-Əhməd əl-Səbahla birlikdə ölkənin yaralı hərbçilərindən bir qismini ziyarət edib.

Həmin hərbçilər İslam Respublikası İranın Küveyt ərazisinə endirdiyi raket və pilotsuz təyyarə zərbələri zamanı yaralanıblar. Küveyt ordusunun yüksək rütbəli komandirləri bu ziyarət zamanı yaralıların sağlamlıq vəziyyəti ilə maraqlanıblar.