ArazNews
Ana Səhifə / Bölgə / İsrail ordusu Cənubi Livanda uzunmüddətli qalmağa hazırlaşır
Bölgə

İsrail ordusu Cənubi Livanda uzunmüddətli qalmağa hazırlaşır

İsrail ordusu Cənubi Livanda uzunmüddətli qalmağa hazırlaşır

İsrail ordusu, ABŞ-ın Cənubi Livandan bəzi bölgələrdən məhdud çıxışa başlanması üçün irəli sürdüyü plana baxmayaraq, bu ərazidə uzunmüddətli yerləşməyə hazırlaşır və indiyədək geri çəkilmə barədə heç bir rəsmi əmr almayıb.

Yediot Aharonot nəşrinə istinadən bildirilir ki, İsrail qüvvələri «sarı xətt» boyunca əraziləri təmizləməyə, Hizbullah infrastrukturunu axtarmağa, qüvvələri yenidən yerləşdirməyə və yeni hücum planları hazırlamağa davam edir. Eyni zamanda İsrailin Cənubi Livandakı bir neçə nöqtəyə hava zərbələri də davam etdirilib.

İsrail sınaq xarakterli bir plan çərçivəsində iki bölgəni Livan ordusuna təhvil verməyi nəzərdə tutur, lakin İsrail rəsmiləri bu prosesin həyata keçirilməsinin bir neçə həftə çəkə biləcəyini bildirib. Tel-Əviv həmçinin iddia edir ki, son müqavilə İsrailin Livan ərazisində 8-10 kilometr dərinliyə qədər olan bir təhlükəsizlik zonasında hərbi varlığına legitimlik qazandırıb.