Kreml, Türkiyənin Rusiya istehsalı S-400 hava müdafiə sistemlərini satması ilə bağlı məsələnin «son dərəcə həssas» olduğunu bildirib.
Açıqlamaya görə, Moskva bu barədə Ankara ilə danışıqlar aparıb və həmin təmasların davam edəcəyi qeyd edilib.
Bundan əvvəl Türkiyənin S-400 sistemlərini Körfəz ölkələrindən birinə satdığı barədə məlumat yayılmışdı; alıcının isə Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər ola biləcəyi ehtimal edilir.