ArazNews
Ana Səhifə / Dünya / Netanyahu və Tramp ABŞ-da görüş keçirməyə razılaşdı
Dünya

Netanyahu və Tramp ABŞ-da görüş keçirməyə razılaşdı

Netanyahu və Tramp ABŞ-da görüş keçirməyə razılaşdı

İsrail Baş naziri Binyamin Netanyahunun ofisi bildirib ki, o, ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb, iki ölkə arasındakı münasibətlər və regiondakı hadisələri müzakirə edib, tərəflər isə yaxın gələcəkdə ABŞ-da görüş keçirməyə razılaşıb.

Bu telefon danışığı, Vaşinqton ilə Tel-Əviv arasında İrana qarşı müharibəyə son qoyma cəhdləri ilə bağlı fikir ayrılıqlarına dair məlumatların yayıldığı bir şəraitdə baş verib.

Netanyahunun ofisinin bəyanatında qeyd edilib ki, İsrail Baş naziri danışıq zamanı ABŞ-ı «dünyada azadlığın təminatçısı» kimi xarakterizə edib və iki ölkə arasındakı yaxın münasibətlərə görə minnətdarlığını ifadə edib.

Bəyanata görə, Netanyahu və Tramp yaxın zamanda ABŞ-da görüşməyə razılaşıblar, lakin görüşün dəqiq tarixi açıqlanmayıb.

Bu danışıq, Trampın son həftələrdə İsrail ordusunun Lübnanа hücumlarının davam etdirilməsini bir neçə dəfə tənqid etdiyi və bunun ABŞ ilə İslam Respublikası arasındakı atəşkəsə təsirinə dair narahatlığını bildirdiyi bir zamanda baş verib.