ArazNews
Ana Səhifə / İran / Əbтəhi keçmiş prezidentlərin Xaməneyinin dəfn mərasiminə dəvət edilməməsini tənqid edib
İran

Əbтəhi keçmiş prezidentlərin Xaməneyinin dəfn mərasiminə dəvət edilməməsini tənqid edib

Əbтəhi keçmiş prezidentlərin Xaməneyinin dəfn mərasiminə dəvət edilməməsini tənqid edib

Əbtəhi sosial şəbəkələrdə yaydığı mesajda Xaməneyinin dəfn mərasiminin «daxili birliyin nümayişi üçün ən mühüm tarixi fürsət» olduğunu bildirib və əlavə edib ki, kaş Əli Xaməneyilə fikir ayrılığı olduğu güman edilən keçmiş prezidentlər, parlament sədrlər, nazirlər və digər siyasi və mədəni şəxsiyyətlər onun dəfn mərasiminə rəsmi dəvət alsaydılar.

Onun sözlərinə görə, İslam Respublikasının hazırkı rəsmilərinin bu mərasimə qatılması təbii bir haldı, lakin müxtəlif meyil və görüşlərə malik şəxsiyyətlərin dəvət edilməsi «milli birlik mesajı»nı daha qabarıq şəkildə nümayiş etdirə bilərdi.

Əli Xaməneyinin dövlət dəfn mərasiminin ikinci günündə, bu xəbərin yayılma vaxtına kimi, İslam Respublikasının keçmiş prezidentləri Məhəmməd Xatəmi, Mahmud Əhmədinəjad və Həsən Ruhani keçirilən mərasimlərin heç birində müşahidə edilməyib.