ArazNews
Ana Səhifə / İran / İran və ABŞ arasındakı danışıqlar Xameneynin dəfn mərasimləri başa çatdıqdan sonra bərpa ediləcək
İran

İran və ABŞ arasındakı danışıqlar Xameneynin dəfn mərasimləri başa çatdıqdan sonra bərpa ediləcək

İran və ABŞ arasındakı danışıqlar Xameneynin dəfn mərasimləri başa çatdıqdan sonra bərpa ediləcək

Ərəbistan media mənbələri xəbər verib ki, İslam Respublikası ilə Birləşmiş Ştatlar arasındakı danışıqlar sabiq rəhbər Əli Xameneynin çoxgünlük dəfn mərasimləri başa çatdıqdan sonra yenidən bərpa ediləcək.

"Əl-Ərəbiyyə" xəbər portalı bildirib ki, İran və ABŞ arasındakı danışıqların yeni turu iyulun 10-na təyin edilib.

Həmin məlumata görə, qarşıdakı danışıqlarda İslam Respublikasına tətbiq edilən sanksiyalar, İranın dondurulmuş aktivləri və Tehranın nüvə məsələsi müzakirə olunacaq.

"Əl-Ərəbiyyə" danışıqların keçiriləcəyi yer və ya iştirakçı heyətlərin səviyyəsi barədə ətraflı məlumat verməyib.