ArazNews
Ana Səhifə / Dünya / Wall Street Journal: İsrail Trampın suqəsdinə dair İranın yeni planından xəbər verib
Dünya

Wall Street Journal: İsrail Trampın suqəsdinə dair İranın yeni planından xəbər verib

Wall Street Journal: İsrail Trampın suqəsdinə dair İranın yeni planından xəbər verib

Wall Street Journal qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib ki, İsrail ABŞ-a İranın Amerikanın prezidenti Donald Trampa qarşı yeni suqəsd planından bəhs edən məlumatlar ötürüb.

Həmin məlumata görə, bu kəşfiyyat məlumatlarının nə vaxt və hansı vasitə ilə ABŞ-lı məmurlara çatdırıldığı hələlik məlum deyil. İran 2020-ci ildə Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymani öldürüldüyündən bəri dəfələrlə açıq şəkildə Trampa qarşı intiqam alınacağını və suqəsd həyata keçiriləcəyini bəyan edib.

Həmin hesabatda eyni zamanda Əli Xaməneyinin yas mərasimlərindəki şüarlara da istinad edilib — orada da iştirakçılar Trampa suqəsd edilməsini tələb ediblər.

Tramp isə bu həftə özünə qarşı mövcud təhdidlərə işarə edərək deyib: "Mənim adım onların bütün siyahılarındadır. Bu günə qədər şanslı olmuşam, amma bəlkə bu şans həmişəlik davam etməz."