ArazNews
Ana Səhifə / Dünya / Hindistanda alternativ yanacaqlı avtomobillərin payı İran müharibəsindən sonra rekord həddə çatdı
Dünya

Hindistanda alternativ yanacaqlı avtomobillərin payı İran müharibəsindən sonra rekord həddə çatdı

Hindistanda alternativ yanacaqlı avtomobillərin payı İran müharibəsindən sonra rekord həddə çatdı

Reuters-ə istinadən Hindistan avtomobil satıcıları birliyinin sədri bildirib ki, alternativ yanacaqlı avtomobillər iyun ayında minik avtomobillərinin satışının 40.35 faizini təşkil edib. Bu göstərici bir əvvəlki ayla müqayisədə, yəni təxminən 38 faizlə müqayisədə artımı əks etdirir. Həmin artım may ayında benzin və dizel qiymətlərinin bir neçə dəfə bahalaşmasından sonra baş verib.

Minik avtomobilləri arasında qaz ilə işləyən modellər 24.3 faiz, hibrid avtomobillər 8.3 faiz, elektrik avtomobilləri isə 7.8 faiz satış payını təşkil edib. Maruti Suzuki şirkəti də açıqlayıb ki, yanacaq qiymətlərinin artımından sonra qazla işləyən avtomobillərinə sifarişlər 40 faiz artıb.

Birliyin sədri CS Vigneshwar qeyd edib ki, bu tendensiyının emosional və müvəqqəti bir reaksiya, yoxsa davamlı bir artım olub-olmadığını görmək lazımdır. O əlavə edib ki, İran müharibəsindən irəli gələn neft şokunun ən ağır hissəsi başa çatmış olsa da, tam normal vəziyyətə qayıdış bir neçə mövsüm daha çəkə bilər.