ArazNews
Ana Səhifə / Dünya / Tramp və NATO nümayəndə heyəti Ankara sammitinin astanasında Atatürkün məzarını ziyarət edir
Dünya

Tramp və NATO nümayəndə heyəti Ankara sammitinin astanasında Atatürkün məzarını ziyarət edir

Tramp və NATO nümayəndə heyəti Ankara sammitinin astanasında Atatürkün məzarını ziyarət edir

CNN Türk-ə istinadən Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, bu ziyarət 7 və 8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti münasibətilə bazar ertəsi, 6 iyul günü saat 17:30-18:30 arasında baş tutacaq. NATO-nun üzv ölkələrinin daimi nümayəndələri və onların Ankaradakı səfirləri nümayəndə heyətinin tərkibinə daxildir.

Məlumatlara görə, NATO-nun 36-cı zirvə toplantısı 32 üzv ölkənin, o cümlədən ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ankarada keçiriləcək.

Tramp isə 7 iyul tarixində Anıtkabiri (Atatürkün məzarını) ziyarət etməklə səfərinin ilk proqramına başlayacaq, ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək; həmin görüşdə milli "KAAN" qırıcısı üçün F-110 mühərrikinin satışı və Türkiyənin F-35 proqramına qayıdışı kimi məsələlər müzakirə olunacaq.