ArazNews
Ana Səhifə / Bölgə / Türkiyə kəşfiyyat rəisinin İraqa sıx səfəri: Ankara PKK məsələsinin son mərhələsinə hazırlaşırmı?
Bölgə

Türkiyə kəşfiyyat rəisinin İraqa sıx səfəri: Ankara PKK məsələsinin son mərhələsinə hazırlaşırmı?

Türkiyə kəşfiyyat rəisinin İraqa sıx səfəri: Ankara PKK məsələsinin son mərhələsinə hazırlaşırmı?

Türkiyənin "terrordan azad Türkiyə" prosesini irəlilədiyi və terrorçu PKK qrupunun tərksilah edilməsi və ləğvi üçün hüquqi zəmin yaratmaq məqsədilə "çərçivə qanunu" adlı hüquqi paketin hazırlanması ilə eyni vaxtda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Bağdad və ardından Kərkük səfərində İraqın ən yüksək siyasi, təhlükəsizlik və məhkəmə rəsmiləri ilə görüşüb. Bir çoxları bu səfəri PKK məsələsinin yeni mərhələyə daxil olması üçün lazımi koordinasiyanın bir hissəsi kimi dəyərləndiriyor.

ArazNews-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Kalın Bağdadda İraq Prezidenti Nizar Əhməd, Ali Məhkəmə Şurasının sədri Faiq Zeydən, Milli Təhlükəsizlik müşaviri Basim əl-Bədri, İraq kəşfiyyat xidmətinin rəisi Həmid əş-Şətri, İlərləyiş Partiyasının rəisi Məhəmməd əl-Həlbusi, İraq parlamentinin sədri Heybət əl-Həlbusi və bir sıra digər rəsmilərlə görüşüb. Daha sonra Kərkükə gedən Kalın İraq Türkman Cəbhəsinin rəsmiləri ilə də danışıqlar aparıb.

Bağdad və Ankaranın rəsmi açıqlamalarına əsasən, danışıqların əsas mövzuları təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının genişləndirilməsi, terrorizmə qarşı mübarizə, məlumat mübadiləsi, sərhəd koordinasiyası, sərhədötəri təhdidlərin qarşısının alınması və regional inkişafların müzakirəsindən ibarət olub. Bundan başqa, hər iki tərəf iki ölkənin təhlükəsizlik və kəşfiyyat qurumları arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə vurğu edib.

Bu səfər Türkiyə hökumətinin 10-11 maddədən ibarət olduğu bildirilən "çərçivə qanunu"nu tamamladığı bir dövrə təsadüf edir. Həmin hüquqi paketin PKK-nın tərksilah edilməsi, ləğvi və bu qrupun üzvlərinə münasibətin hüquqi çərçivəsini müəyyən etməsi nəzərdə tutulur. Bununla belə, layihənin parlamentə təqdim olunma vaxtı hələ məlum deyil.

PKK terrorçu qrupunun qüvvələri və bazalarının böyük hissəsi İraq Kürdüstan Regional İdarəsinin ərazisində yerləşdiyindən, Bağdad, Ərbil və Ankara arasında koordinasiya olmadan hər hansı tərksilah proqramının həyata keçirilməsi çətin olacaq. İraq Ali Məhkəmə Şurası sədrinin danışıqlarda iştirakı isə prosesdə təhlükəsizlik ölçüləri ilə yanaşı, hüquqi və məhkəmə aspektlərinin də nəzərdən keçirildiyini göstərir.

Tərəflərin heç biri bu səfərin birbaşa PKK-nın tərksilah prosesi ilə bağlı olduğunu rəsmi olaraq elan etməsə də, görüşlərin vaxtı və səviyyəsi Türkiyə ilə İraq arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu prosesin davam etməsi halında həmin əməkdaşlıq sərhədlərin təhlükəsizliyinə, Şimali İraqdakı inkişaflara və regional sabitliyə ciddi təsir göstərə bilər.