Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin "erməni soyqırımı" adlandırılan hadisələri tanıması ilə bağlı qərarına münasibətini bildirib.
Paşinyan deyib ki, İrəvan bu məsələnin siyasi alətə çevrilməsində iştirak etməyi özü üçün faydalı saymır. O əlavə edib ki, məhz bu səbəbdən hər hansı cavab verməyə ehtiyac görmür.
Bu açıqlamalar İsrailin "erməni soyqırımı" adlandırılan hadisələri rəsmən tanıması qərarından sonra səslənib.